İdman

Mourinyonun rəhbərlik edə biləcəyi Premyer Liqa klubu məlum olub

Portuqaliyalı baş məşqçi Joze Mourinyo karyerasını İngiltərə çempionatında davam etdirə bilər.

“Report” “TEAMtalk”a istinadən xəbər verir ki, müqaviləsi mövsümün sonunda başa çatacaq London komandasının baş məşqçisi Devid Moyesin mümkün gedişi ərəfəsində Mourinyonu “Vest Hem”lə əlaqələndirirlər.

Portuqaliyalının son klubu 2024-cü ilin yanvarında tərk etdiyi “Roma” olub. Mütəxəssis 2021-ci ildən İtaliya klubuna rəhbərlik edib. 2021/2022 mövsümündə “Roma” Konfrans Liqasının qalibi olub. 2022/2023 mövsümündə “qurdlar” Avropa Liqasının finalına yüksəlib. Mourinyonun rəhbərliyi altında klub ümumilikdə 96 oyun keçirib. Onlarda romalılar 44 qələbə qazanıb, 23 dəfə heç-heçə edib və 29 məğlubiyyətlə üzləşib.

Mourinyo bundan öncə “Tottenhem”, “Mançester Yunayted”, “Çelsi”, “Real Madrid”, “İnter”, “Portu”, “Leyriya” və “Benfika”nı da çalışdırıb.

Bənzər yazılar

Back to top button