İdman

“Xabi Alonso “Real”ın baş məşqçisi olacaq” – “Bayer”in idman direktoru açıqladı

“Bayer”in baş direktoru Fernando Karro “əczaçılar”ın hazırkı məşqçisi Xabi Alonsonun gələcəkdə “Real Madrid”ə rəhbərlik edəcəyini açıqlayıb.

Fanat.az xəbər verir ki, “El Larguero” leverkuzenli funksionerin dediklərini belə təqdim edib:

“Bir gün Xabi Alonsonun “Real Madrid”in baş məşqçisi olacaq. Buna şübhəm yoxdur. Yeganə sual onun “Real”la nə vaxt müqavilə bağlayacağıdır. Amma olacaq, inanın. Mən buna əminəm”,

Xatırladaq ki, Bundesliqanın son turu çərçivəsində “Vereder”i 5:0 hesabı ilə məğlub edən “Bayer” sona 5 tur qalmış çempionatın qızıl medallarına sahib çıxıb. Bu, Leverkuzen təmsilçisinin 120 illik tarixində ilk Almaniya çempionluğudur.

Bənzər yazılar

Back to top button