Dünya

Türkiyə ABŞ istehsalı olan tikinti materiallarından imtina etdi

Vaşinqtonun tətbiq etdiyi sanksiyalara cavab olaraq Türkiyə ABŞ istehsalı olan tikinti materiallarından imtina edib.

“Report” “RİA Novosti”yə istinadən xəbər verir ki, bu barədə ölkənin ətraf mühitin qorunması və şəhərsalma üzrə naziri Murat Kurum bildirib.

“Bundan sonra Nazirlik tərəfindən aparılan tikinti işlərində ABŞ istehsalı olan tikinti materiallarından istifadə edilməyəcək. Qərar ABŞ-ın valyuta məzənnələrinə qarşı spekulyasiyasına cavab olaraq qəbul edilib”, – nazirin açıqlamasında bildirilir.

Bütün növ saytların yığılması - EMBLEM.AZ saytlarin yigilmasi

Bənzər yazılar

Back to top button