İdman

“Messi ilə mən heç sarı vərəqəyə də layiq deyildik” – Medel

Çili millisinin yarımümdafiəçisi Qari Medel Argentina yığmasının kapitanı Lionel Messi ilə aralarındakı insidentdən danışıb.

Qol.az xəbər verir ki, o, “gola.com”a açıqlamasında Amerika kubokunun üçüncü yeri uğrundakı görüşdə meydandan qovulmalarınının düzgün qərar olmadığını bildirib:

“Messinin fikirləri ilə razıyam. Düşünürəm ki, heç sarı vərəqəyə də layiq deyildik. Bir-birimizi bir az itələdik. Başqa heç nə olmadı. Hakim daha düzgün qərar verə bilərdi”.

Xatırladaq ki, Argentinanın qalib gəldiyi oyunun (2:1) 37-ci dəqiqəsində ikili mübarizə zamanı Messi Medeli arxadan itələyib. Bunun qarşılığında isə Medel sinəsi ilə onu itələyib və hər iki oyunçu qırmızı vərəqə ilə meydandan qovulub.

Bənzər yazılar

Back to top button