İdman

Ronaldonun transferinə görə İtaliyada üsyan başladı

İtaliyanın məşhur avtomobil şirkətinin işçiləri yenidən tətilə başlayıb.

Fanat.Az xəbər verir ki, buna səbəb Kriştiana Ronaldonun “Yuventus”a transferi olub.

“Yuventus”un prezidenti Andrea Agnellinin sahibi olduğu “Exor Holding” “FCA (avtomobil şirkəti “Fiat Chrysler Automobiles”) və CNHI (yük maşınları və traktor şirkəti “CNH Industrial”) şirkətlərini idarə edir. Ronaldonun transferindən sonra işçilər “İşçilərdən illərdir çox böyük iqtisadi fədakarlılar etməkləri istənilərkən, bir yandan bir futbolçunun alınması üçün yüzmilyonlarla avro xərcləmək qərarı verilməsi qəbul edilməzdir” deyərək tətilə başlamışdı.

İşçilər bir aylıq müddətdə tətəlbəlri yerinə yetirilmədiyindən yenidən tətil qərarı verib. Andrea Agnellinin işçilərinin bu addımına hansı reaksiyanı verəcəyi bilinmir.

Qeyd edək ki, “Yuventus” Ronaldonu 112 milyon avroya transfer edib. Futbolçu 4 illik müqavilə imzalayıb və ildə 30 milyon avro maaş alacaq.

Bənzər yazılar

Bunu da oxu
Close
Back to top button