İdman

“Yuventus”a Ronaldo şoku

“Yuventus” sabiq futbolçusu Kriştiano Ronaldoya təzminat ödəyəcək.

Qol.az xəbər verir ki, bu barədə məlumatı klubun mətbuat xidməti təsdiqləyib.

39 yaşlı hücumçu sabiq klubunu 2020/21 mövsümündəki aylıq məvacibini ödəmədiyinə görə məhkəməyə verib. Portuqaliyalı futbolçu Turin təmsilçisinə qarşı məhkəmədə qalib gəlib. Arbitraj Şurasının qərarına əsasən, “Yuventus” Ronaldoya 9,7 milyon avro + faiz ödəyəcək.

Qeyd edək ki, Ronaldo 2021-ci ilin yayında “Yuventus”dan ayrılıb. O, daha sonra “Mançester Yunayted”ə keçib. Futbolçu 2022-ci ilin noyabrında “qırmızı şeytanlar”dan ayrılıb və həmin ilin dekabrında Səudiyyə Ərəbistanı “Əl-Nəsr”inə transfer olunub.

“Yuventus” 2020/21 mövsümündə koronavirus pandemiyası səbəbindən Ronaldonun aylıq məvacibini ödəməyi gecikdirmiş, daha sonra da həmin məbləği futbolçuya ödəməmişdi. Ronaldo isə bu səbəbdən “Yuventus”u məhkəməyə vermişdi.

Bənzər yazılar

Back to top button