ManşetSiyasət

Ermənistan və Azərbaycan sərhədçiləri qarşılıqlı əlaqə ilə sərhədi mühafizə edəcək – Paşinyan

Rusiya hərbçiləri Ermənistanın Azərbaycanla həmsərhəd Tavuş rayonundakı postlarını tərk edəcəklər.

Qaynarinfo xəbər verir ki, bunu Ermənistanın baş naziri Nikol Paşinyan deyib.

O qeyd edib ki, Rusiya sərhədçiləri Tavuşda fərqli vəziyyətdə yerləşdiriliblər, lakin indi vəziyyət xeyli dəyişib və bu, bütün istiqamətlərdə əks olunmalıdır.

“Bu o deməkdir ki, bizim cəbhə xətti yox, sərhədimiz var və sərhəd sülhün simvoludur. Həm də bu o deməkdir ki, Ermənistan və Azərbaycanın sərhədçiləri bir-biri ilə qarşılıqlı əlaqədə olmaqla onun mühafizəsini təmin edəcəklər”, deyə Paşinyan bildirib.

Baş nazir hesab edir ki, tez bir zamanda erməni sərhədçilərini Tavuş bölgəsinə yerləşdirmək lazımdır:

“Biz bu prosesi mümkün qədər tez həyata keçirməliyik və mən bunu istisna etmirəm ki, yollarda “Ermənistan Respublikası” və “Azərbaycan Respublikası” işarələri görünəcək”.

Qeyd edək ki, 2021-ci ilin avqustunda Rusiya sərhədçiləri Voskepar sərhəd icmasında yerləşdirilib.

Qeyd edək ki, Bakı ilə İrəvan arasında Qazaxın 4 kəndinin qaytarılması razılaşdırılıb. Bu barədə Azərbaycan və Ermənistan baş nazirlərin müavinləri Şahin Mustafayev və Mqer Qriqoryan arasında dövlət sərhədinin delimitasiyası üzrə Dövlət Komissiyası və Ermənistan Respublikası ilə Azərbaycan Respublikası arasında dövlət sərhədinin delimitasiyası və sərhəd təhlükəsizliyi məsələləri üzrə Komissiyanın səkkizinci görüşündə razılıq əldə olunub.

Delimitasiya prosesinin ilkin mərhələsində tərəflər sərhəd xəttinin ayrı-ayrı hissələrinin Sovet İttifaqı çərçivəsində onun süqutu dövrünə mövcud olduğu hüquqi cəhətdən əsaslandırılmış respublikalararası sərhədə uyğun olaraq Bağanıs Ayrım, Aşağı Əskipara, Xeyrımlı və Qızılhacılı yaşayış məntəqələri arasında bilavasitə keçməsini razılaşdırıblar.

Bənzər yazılar

Bunu da oxu
Close
Back to top button