DünyaManşet

ABŞ Konqresi nəhayət Ukrayna və İsrailə yardımı təsdiqləyib

ABŞ Konqresi Ukrayna Təhlükəsizliyinə Əlavə Ayrılmalar Aktını 311 “lehinə”, 112 “əleyhinə” səslə qəbul edib.

Nümayəndələr Palatasının bir çox üzvü, ilk növbədə demokratlar səsvermə zamanı Ukrayna bayraqlarını dalğalandırıblar.

95 milyard dollarlıq paketdə Ukrayna və regional tərəfdaşlar üçün 61 milyard dollar var.

Bu məbləğin təqribən 23 milyard dolları Ukraynaya veriləcək vəsaitin əvəzinə Pentaqonun silah anbarını doldurmaq üçün istifadə olunacaq.

Daha 11 milyard dollar ABŞ-ın bölgədəki hərbi əməliyyatlarının maliyyələşdirilməsinə yönəldiləcək.

Təxminən 14 milyard dollar Ukraynaya qabaqcıl silah sistemləri və digər müdafiə avadanlıqları almağa kömək edəcək.

Nümayəndələr Palatası Rusiyanın aktivlərinin (6 milyard) dondurulmasını və Ukraynaya yönəldilməsini nəzərdə tutan qanun layihəsini də ayrıca təsdiqləyib.

Nümayəndələr Palatası həmçinin 26,4 milyard dollar İsrailin Təhlükəsizlikliyinə ayırıb.

Hər iki qanun layihəsi prezident Baydenin masasına çatmazdan əvvəl Senata göndərilir.

ABŞ prezidenti qətnamələr ona çatan kimi dərhal veriləcəyini vəd etdi.(Turan)

Bənzər yazılar

Back to top button