İdman

Dodaqoxuyan Ronaldunun sirrini üzə çıxartdı: “Bu, qol olacaq”

İddialı futbolçu olan Kriştianu Ronaldu özünə olan təlimatlarla bu inamı daha da artırmağa çalışır.

Fanat.az xəbər verir ki, portuqaliyalı ulduzun aprelin əvvəlində Səudiyyə Ərəbistanı Liqasında “Əl-Nəsr”in “Abha” ilə oyununu incələyən Qustavo Maçado maraqlı faktı ortaya çıxarıb.

Həmin axşam Ronaldu het-trik edib, daha iki qolun ötürməsini verib və komandasının böyükhesablı (8:0) qələbəsində müstəsna rol oynayıb.
Dodaq oxuyan Qustavo Maçado ulduz futbolçunun həmin oyunda cərimə zərbəsini vurmazdan əvvəl sözlərini deşifrə edə bilib. Sən demə, Ronaldu zərbə vurmağa hazırlaşarkən öz-özünü bu sözlərlə motivasiya edib: “Sən ən yaxşısısan. Bu qol olacaq”.

Xatırladaq ki, Kriştianu Ronaldu 2023-cü ilin əvvəlindən “Əl-Nəsr”də çıxış edir.

Bənzər yazılar

Back to top button