İqtisadiyyat

Dövlət Xidməti Komitənin tenderini ləğv etdi – Səbəb bilinmir

Ailə, Qadın və Uşaq Problemləri Üzrə Dövlət Komitəsinin Zərdab Uşaq və Ailələrə Dəstək Mərkəzi (UDAM) tərəfindən keçirilən tender müsabiqəsinin nəticəsi ləğv olunub.

Yeniavaz.com xəbər verir ki, müsabiqənin nəticəsi İqtisadiyyat Nazirliyi Yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti qərarı əsasən ləğv olunub.

Bildirilir ki, Zərdab UADM-ın inzibati binasının əsaslı təmiri işlərinin satın alınması (işin davamı) üçün keçirilən tender müsabiqəsinin ləğv edilmə səbəbi kimi “Dövlət Satınalmaları Haqqında” Qanunun 4.1.2., 38.2. və 57.3.7.-ci maddələri göstərilib.

Məlumat üçün bildirək ki, 1 yanvar 2024-cü ildən qüvvəyə minən “Dövlət Satınalmaları Haqqında” yeni Qanunda 57.3.7.-ci maddə yoxdur. Qeyd olunan digər maddələrdə isə müsabiqənin ləğvindən bəhs olunmur. Məsələn, yeni Qanunun 38-ci maddəsində satınalma müqaviləsinin qüvvəyə minməsi ilə bağlı müddəalar yer alıb.

Hazırda qüvvədə olmayan “Dövlət Satınalmaları Haqqında” Qanunun 38.2-ci maddəsi isə tender komissiyasının məsuliyyətindən və müsabiqənin ləğvindən bəhs olunur.

Bənzər yazılar

Back to top button