Siyasət

Qazaxla sərhəddə vəziyyət gərginləşib: Ermənistanda sakinlər polisə hücum edib – Video

Bu gün Qazaxın 4 kəndinə gedən yol həmin kəndlərdə məskunlaşan bir qrup erməni tərəfindən bağlanılıb.

Yeniavaz.com Ermənistan mətbuatına istinadən xəbər verir ki, Ermənistan polisi yolu açmağa çalışsa da buna nail ola bilməyib.

Daha sonra polisə yardım üçün əraziyə gələn Yerkrapah Könüllülər Birliyinin avtomobilinə hücum olub.

Qeyd edək ki, Ermənistan 1992-ci ildən işğal altında saxladığı Qazaxın 4 kəndini Azərbaycana geri qaytarmağa razılıq verdikdən sonra bu ölkənin Milli Təhlükəzilik Xidmətinin əməkdaşları sərhədə gedərək minaları təmizləmək istəyiblər.

Lakin, hazırda işğal altında olan Aşağı Əskipara kəndində məskunlaşan ermənilər yolu bağlayaraq təhlükəsizlik xidmətinin əməkdaşlarını əraziyə buraxmırlar.

Bənzər yazılar

Back to top button