HadisəManşet

“Kristal Abşeron”un tikdiyi “Qobu Park-3”də binalar əyilir… – Bəs niyə heç kim məsuliyyətə cəlb edilmir?

Lökbatanda məcburi köçkünlər üçün tikilmiş, “Qobu Park-3” yaşayış massivindəki binalarda əyilmə baş verib…

Poliqon xəbər verir ki, bu barədə İctimai TV-nin efirində yayımlanan reportajda bildirilib. Reportajda qeyd edilir ki, hazırda Qobustan Mənzil istismar İdarəsi həmin binaların təməlidə bərkitmə işləri aparırlar.

Qeyd edək ki, bir neçə ildir ki, Lökbatanda məcburi köçkünlər üçün tikilmiş, “Qobu Park-3” yaşayış massivindəki binalarda əyilmə baş verməsi ilə bağlı məlumatlar yayılıb. Həmin binaların da təməllərinin bərkidilməsi həyata keçirilib.

Bəs böyük bir yaşayış massivində binaların əyilməsi ilə bağlı niyə heç kim məsuliyyətə cəlb olunmur? Bu əyintilərin səbəbi nədir və niyə bərpa işlərini yaşayış massivini tikən şirkət həyata keçirmir? Ən əsası, niyə “Qobu Park-3” yaşayış massivindəki binaların əyilməsi ilə bağlı dövlət komissiyası yaradılmır? Axı ən kiçik yeraltı təkanlar bu massivdə ciddi nəticələrə səbəb ola bilər? Doğrudanmı əlaqədar dövlət qurumları ancaq qurbanlar və dağıntılar olandan sonra hərəkətə keçməlidirlər?..

Xatırladaq ki, “Qobu Park-3” yaşayış massivini tikən şirkət Milli Məclisin deputatı Ağalar Vəliyevin oğlu Pərviz Vəliyevə məxsus “Kristal Abşeron” MTK-dır. Vəliyevlərin həyata keçirdikləri başqa layihələrlə bağlı da belə iddialar daha əvvəl səsləndirilib…

Bənzər yazılar

Back to top button