Siyasət

Paşinyan sərhədin demarkasiyası üzrə komissiyanın nəzdində işçi qrupu yaratdı

Ermənistanda Azərbaycanla sərhəd təhlükəsizliyi və dövlət sərhədinin demarkasiyası üzrə komissiyanın nəzdində işçi qrupu yaradılıb.

Yeniavaz.com News.am-a istinadla xəbər verir ki, bu barədə Baş nazir Nikol Paşinyan qərar imzalayıb.

“Sərhədin müvafiq hissələrinin Bağanis – Bağanis Ayrum, Voskepar – Aşağı Əskipara, Kirants – Xeyrumlı və Berkaber – Qızıl Hacılı qəsəbələri, ölçmələr nəticəsində koordinatların dəqiqləşdirilməsi və müvafiq Protokol-təsvir layihəsinin tərtib edilməsi məqsədilə Azərbaycan Respublikası arasında sərhəd təhlükəsizliyi və dövlət sərhədinin demarkasiyası üzrə komissiyanın nəzdində işçi qrupu yaradılsın”, – qərarda deyilir.

Qeyd olunur ki, 9 nəfərdən ibarət işçi qrupuna Marz qubernatoru Hayk Qalumyan rəhbərlik edəcək.

Bənzər yazılar

Back to top button