Siyasət

Ermənilər Azərbaycana qaytarılacaq əraziləri minalardan təmizləməyə başlayıb

Ermənistanın Tavuş vilayətinin Voskepar kəndi yaxınlığında ərazilərin minalardan təmizlənməsinə başlayıb. Yerli sakinlər iddia edirlər ki, bu ərazilər Azərbaycana qaytarılacaq və minatəmizləmə işləri məhz buna görə aparılır.

Aprelin 22-də səhər saatlarından etibarən polis bu ərazini mühasirəyə alıb və sakinləri oraya buraxmır. Bu ərazidə ermənilər kilsə tikiblər, bu barədə Ermənistan KİV-ləri məlumat yayıb.

Ermənistan baş nazirinin müavini Mqer Qriqoryan yerli sakinlərlə danışıqlar aparmaq üçün regiona gəlməlidir.

Tavuş və Qazax arasındakı hissədə sərhədin demarkasiyası haqqında razılaşma aprelin 19-da Ermənistan və Azərbaycan dövlət komissiyalarının görüşündə əldə olunub. Bu razılaşmalara əsasən, ermənilər 90-cı illərin əvvəllərində işğal olunmuş Qazax rayonunun 4 kəndini Azərbaycana qaytarırlar.

Elə bu gün Avropa İttifaqının Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Toyvo Klaar Yerevana gəlib və burada Ermənistan rəhbərliyi ilə görüşlər keçirir.(Turan)

Bənzər yazılar

Back to top button