Hadisə

Nazir yeni rəis müavini təyin etdi

Fövqəladə Hallar Nazirliyinin regional idarəsinə növbəti kadr təyinatı olub.

Qaynarinfo-nun məlumatına görə, fövqəladə hallar naziri general-polkovnik Kəmaləddin Heydərovun müvafiq əmri ilə Quliyev Nizami Qələndər oğlu FHN Sumqayıt Regional Mərkəzin rəis müavini təyin edilib.

Qeyd edək ki, Nizami Quliyev 29.04.1979-cu ildə Sumqayıt şəhərində anadan olub. Azərbaycan Dövlət İqtisad Universitetini və Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasını bitirib.

Ailəlidir, 1 övladı var.

Bənzər yazılar

Back to top button