İdman

Xavi qalmağa hazırdır – İDDİA

“Barselona”nın baş məşqçisi Xavi postundan getmək qərarını dəyişmək niyyətində olmadığını desə də, 2025-ci ilin yayınadək – müqaviləsinin müddəti başa çatana qədər Kataloniya təmsilçisində qalmağa hazırdır.

Fanat.az xəbər verir ki, bu iddia “Mundo Deportivo”ya məxsusdur .

Xəbərə görə, 44 yaşlı mütəxəssis yaxın vaxtlarda İspaniya nəhənginin prezidenti Xuan Laporta və idman direktoru Deku ilə görüşəcək və tərəflər vəziyyəti müzakirə edəcəklər.

Qeyd edək ki, Xavi 2021-ci ildən “Barselona”nın “sükanı arxası”ndadır.

Bənzər yazılar

Back to top button