GündəmManşetSiyasət

Qubad İbadoğlu cinayət təqibinə tam xitam verilməsinə nail olmağa çalışacaq

Bu gün ev dustaqlığına buraxılan müxalif siyasətçi və iqtisadçı alim Qubad İbadoğlu barəsində cinayət təqibinə tam xitam verilməsinə nail olmaq niyyətindədir.

“Məhkəmənin bugünki qərarını tam azadlıq əldə etmək kimi qiymətləndirmək olmaz. Hələlik mənim barəmdə qətimkan tədbirini ev dustaqlığı ilə dəyişdiriblər. Bakıdan kənara çıxa, Azərbaycanı tərk edə bilmirəm, yaşayış yerimi dəyişdirdikdə müvafiq orqanı məlumatlandırmalıyam. Mənə qarşı əsassız ittihamlar hələ ləğv olunmayıb”, deyə İbadoğlu Turan agentliyinə bildirib.

Lakin ev dustaqlığına keçirilməyi onun “sağlamlığı ilə ciddi şəkildə məşğul olmasına” imkan verəcək.

Həbsdə olduğum 9 ay ərzində şəkəri yüksək olduğu üçün siyasətçinin səhhəti ciddi şəkildə pozulub.

İbadoğlu vəkillərinə, onun işini işıqlandıran jurnalistlərə və mətbuat orqanlarına, hüquq müdafiəçilərinə, beynəlxalq demokratik təşkilatların nümayəndələrinə, xarici akademik dairələrdən olan həmkarlarına onun azad edilməsində səylərinə və dəstəklərinə görə minnətdarlığını bildirib.

İbadoğlu həmçinin çıxışlar edəcəyini və digər siyasi məhbusların – Tofiq Yaqublunun, Nazim Bəydəmirlinin, Abzas Media-nın, Toplum TV-nin, Kanal 13-ün jurnalistlərinin azad edilməsinə çağıracağını bildirib.

Bənzər yazılar

Back to top button