GündəmBizim seçimManşet

ABŞ Konqresi general Hikmət Mirzəyev başda olmaqla 41 məmura qarşı sanksiya qoymaq istəyir

Dina Tiinus başda olmaqla, bir qrup Amerika konqresmeni bu həftə Azərbaycana qarşı sanksiyalar haqqında qanun layihəsi təqdim etməyi planlaşdırır. Bu barədə Turan-ın Vaşinqtondakı müxbirinə Konqresdəki mənbələrdən məlum olub.

Bu qanun layihəsində “ölkədə qanunun aliliyinin və insan hüquqlarının pozulmasında fəal rol oynayan” 40-dan çox Azərbaycan məmuruna – hərbiçilərə, hakimlərə, müstəntiqlərə və yüksək vəzifəli şəxslərə qarşı sanksiyalar nəzərdə tutulur. Onlar arasında Müdafiə Nazirliyi, Baş Prokurorluq, Bakı Ağır Cinayətlər Məhkəməsi, DİN, DTX, Penitensiar Xidmət, Dövlət Sərhəd Xidməti və Prezident Administrasiyasının nümayəndələri var.

Qanun layihəsində Bayden administrasiyasına ABŞ qanunvericiliyi, o cümlədən Qlobal Maqnitski Qanunu çərçivəsində 180 gün ərzində qeyd edilən şəxslərə qarşı sanksiyalar haqqında qərar qəbul etmək çağırışı yer alacaq.

Bu qanun layihəsinin qəbul edilməsi “Azərbaycanda hökumətin müxalifətə qarşı sərt repressiyaları və insan hüquqlarının pozulması ilə bağlı ciddi narahatlıqla” izah olunur.

Xüsusən, Qubad İbadoğlu da daxil olmaqla, müxalifət liderlərinin, fəalların və hökuməti tənqid edənlərin həbs edilməsi xatırladılır.

Müəlliflər qeyd edirlər ki, 6 mart 2024-cü il tarixində Azərbaycan hakimiyyəti Azərbaycanda müstəqil KİV-lərin davam edən təqibi çərçivəsində Bakıda altı jurnalisti saxlayıb və onlara qarşı əsassız qaçaqmalçılıq ittihamı irəli sürüb.

Qanun layihəsində həmçinin erməni əsirlərin hüquqlarının pozulduğu deyilir. Bu, “Azərbaycan hökumətinin insan hüquqlarına sadiqliyi və ədalətli və möhkəm sülh haqqında danışıqlar aparmaq qabiliyyətini ciddi sual altına qoyur”, deyə sənəddə bildirilir.

Sanksiyalara məruz qalacağı ehtimal olunan azərbaycanlı məmurlar siyahısına aşağıdakı şəxslər daxildir:

1. Xüsusi təyinatlı qüvvələrin komandanı general-leytenant Hikmət Mirzəyev.

2. Hərbi polis rəisi podpolkovnik Elgün Əliyev

3. Azərbaycan komandosunun 218-ci briqadasının komandiri polkovnik Elşən Sanayev.

4. Azərbaycan Quru Qoşunlarının komandanı general-leytenantt Ənvər Əfəndiyev.

5. General-mayor Ceyhun Həsənov, Penitensiar Xidmət.

6. Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi Əli Nağıyev.

7. Prezident Administrasiyasının rəhbəri Samir Nuriyev.

8. Prezidentin hüquq-mühafizə və hərbi məsələlər üzrə köməkçisi Fuad Ələsgərov.

9. Orxan Səmədov, Baş Prokurorluq.

10. Vüqar Quliyev, Baş Prokurorluq.

11. Ziya Mənsurov, Baş Prokurorluq.

12. Pərviz Mirhəşimov, Baş Prokurorluq.

13. Babaxan Həsənəliyev, Baş Prokurorluq.

14. Həmzə Eldar Əkbər oğlu, Baş Prokurorluq.

15. Ələkbərov Valeh Həsən oğlu, Baş Prokurorluq.

16. Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Faiq Qəniyev.

17. Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Mirzə Xankişiyev.

18. Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi İlham Mahmudov.

19. Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Eldar İsmayılov.

20. Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Cavid Hüseynov.

21. Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Samir Əliyev.

22. Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Azad Məcidov.

23. Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Zeynal Ağayev.

24. Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Səbuhi Hüseynov.

25. Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Əfqan Hacıyev.

26. Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Telman Hüseynov.

27. Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Əli Məmmədov.

28. Nərimanov Rayon Məhkəməsinin hakimi Vüsal Qurbanov.

29. Nərimanov Rayon Məhkəməsinin hakimi Hafiz Kamranov.

30. DİN-in Mütəşəkkil Cinayətkarlığa qarşı Mübarizə üzrə İstintaq İdarəsinin baş müstəntiqi Yusif Yusifov.

31. Abbasov Mirzəli Əbdüləli oğlu, Bakı Apellyasiya Məhkəməsi.

32. General-mayor Əbülfət Rzayev, DİN-in Baş Mütəşəkkil Cinayəkarlıqla Mübarizə İdarəsi.

33. Baş prokurorun birinci müavini Elçin Məmmədov.

34. Leytenant Fuad Rəfael oğlu Nəbiyev Azərbaycan Müdafiə Nazirliyi.

35. Elçin Quliyev, Azərbaycan Dövlət Sərhəd Xidməti.

36. İlham Mehdiyev, Dövlət Sərhəd Xidməti.

37. Vüsal Sultanov, Dövlət Sərhəd Xidməti.

38. Azad Ələkbərov, Dövlət Sərhəd Xidməti.

39. İsmayıl Əkbərov, Dövlət Sərhəd Xidməti.

40. Ramin Bağırov, Dövlət Sərhəd Xidməti.

41. Podpolkovnik Elgün Əliyev, Müdafiə Nazirliyinin Hərbi Polis İdarəsi.

 

 

 

Bənzər yazılar

Back to top button