Bizim seçimCəmiyyətHadisə

Hacıqabulda zəhərlənib, təyyarə ilə Almaniyaya aparılan uşaq kimdir? (AÇIQLAMA)

Xəbər verdiyimiz kimi, Almaniyadan Azərbaycana qonaq gələn uşaq zəhərlənib.

AzToday.az xəbər verir ki, bunu Unikal.org-a açıqlamasında Klinik Tibbi Mərkəzin Toksikologiya şöbəsinin müdiri Azər Maqsudov deyib.Şöbə müdirinin sözlərinə görə,uşaq alman deyil:

“Azərbaycanlı ailənin övladı idi. Onlar Almaniyada yaşayırlar. Sadəcə bir neçə gün öncə Hacıqabula qonaq gəliblər. Orada beş yaşlı Abbasov Nicat Samir oğlu heyvanları məhv etmək üçün olan dərmanı içib. Dərmanın dozası çox olmayıb. Ailə uşağı Şirvan mərkəzi xəstəxanasına aparıb və ona ilkin tibbi yardım göstərilib. Daha sonra Şirvana Toksikologiya şöbəsindən həkim dəvət olunub. Uşaq müayinə olunması üçün Bakıya gətirilib. Əgər qalsaydı iki günə evə buraxacaqdıq”.

Bütün növ saytların yığılması - EMBLEM.AZ saytlarin yigilmasi

Azər Maqsudov əlavə edib ki, uşaq sağlam şəkildə xəstəxanadan çıxarılıb:

“Uşağın səhhəti normal olub, həyatı təhlükəsi yox idi. Sadəcə, ailə özü uşağını xəstəxanadan çıxarıb və Almaniyaya aparmaq qərarını verdi”.

Bənzər yazılar

Back to top button