İqtisadiyyat

“Paşa Holdinq”lə eyni ünvanda qeydiyyata alınan taksi şirkəti fəaliyyətini dayandırır

“Uklon” taksi şirkəti Azərbaycanda fəaliyyətini dayandırdığını elan edib.

Yeniavaz.com xəbər verir ki, bu barədə şirkət tərəfindən sürücülərə və tətbiq istifadəçilərinə bildiriş göndərilib.

Burada qeyd olunur ki, 30 apel 2024-cü ildən etibarən “Uklon” avtomobil çağırış xidmətinin və müvafiq tətbiqinin Azərbaycanda fəaliyyəti dayandırılacaq.

Qeyd edək ki, “Uklon” ötən ilin mayında fəaliyyətə başlamışdı.

Qeyd edək ki, nizamnamə kapitalı 100 000 manat olan “Uklon Azərbaycan” MMC (VÖEN – 1406338961) ötən ilin aprelində dövlət qeydiyyatına alınıb. Şirkət Ukraynanın aparıcı taksi şirkətlərindən olan “Uklon taksi”nin Azərbaycandakı tərəfdaşı kimi fəaliyyət göstərib. “Uklon Azərbaycan” MMC-nin hüquqi ünvanı Nəsimi rayonu, Neftçilər prospekti, 153 ünvanında yerləşir ki, burada həmçinin ölkənin ən böyük özəl şirkətlərindən biri olan “Paşa Holdinq” də qeydiyyata alınıb.

Bənzər yazılar

Back to top button