Dünya

Ukrayna rəsmiləri bildiriblər ki, Odessada Rusiyaya məxsus pilotsuz təyyarənin hücumu nəticəsində 9 nəfər yaralanıb

Reuters: Çərşənbə axşamı səhər saatlarında Ukrayna hərbçiləri bildiriblər ki, Rusiya Ukraynaya pilotsuz təyyarə ilə hücum təşkil edib. Qara dəniz sahilindəki Odessa limanında dördü uşaq olmaqla doqquz nəfər yaralanıb. Həmçinin Ukraynanın paytaxtı Kiyevə hücum edilib.

Odessa vilayətinin qubernatoru Oleq Kiper “Telegram” messencerində bildirib ki, xəsarət alan uşaqlar, o cümlədən iki körpə, həmçinin üç yaşlı yaralı xəstəxanaya yerləşdirilib.

Onun sözlərinə görə, şəhərdə bir neçə yaşayış binasına ziyan dəyib və yanğın başlayıb. Şəhər rəhbərliyi əlavə edib ki, azı 14 mənzilə ziyan dəyib.

Ukrayna Hərbi Hava Qüvvələri bildirib ki, Rusiya Ukraynanı hədəf alan ümumilikdə 16 hücum pilotsuz təyyarəsi və iki qısamənzilli “İsgəndər” ballistik raketi atıb.

Hava hücumundan müdafiə sistemləri Ukraynanın cənub vilayətləri – Odessa və Nikolayev, mərkəzi Çerkassı vilayəti və paytaxt Kiyev vilayəti üzərində 15 pilotsuz uçan aparatı məhv edib, BBC “Telegram”da yazır. Raketlərin taleyi açıqlanmır.

Paytaxtın hərbi administrasiyasının rəhbəri Sergey Popko “Telegram”da Rusiyanın Kiyevə atdığı bütün pilotsuz uçan aparatların məhv edildiyini bildirib və əlavə edib ki, hücum nəticəsində dağıntılar və xəsarət alanlar barədə məlumat yoxdur.

Həmçinin “Telegram”da Nikolaev qubernatoru Vitali Kim bildirib ki, vurulan pilotsuz təyyarənin dağıntıları kommersiya infrastrukturu binasına ziyan vurub.(Turan)

Bənzər yazılar

Back to top button