İdman

Mbappe PSJ-dən getmək üçün inanılmaz məbləğdən imtina etməlidir

PSJ-nin hücumçusu Kilian Mbappe Fransa nəhəngini “Real Madrid”ə dəyişmək üçün inanılmaz məbləğdə puldan imtina edə bilər.

Fanat.az xəbər verir ki, məlumatı insayder Ramon Alvares şəxsi “X” hesabı üzərindən yayıb.

Xəbərə görə, Kilian cari mövsüm üçün almalı olduğu loyallıq bonusundan və maaşının bir hissəsindən keçməlidir ki, bu da ümumilikdə 127,8 milyon avrodur.

Xatırladaq ki, daha öncə Mbappenin fevralın ilk həftəsində “Real”la müqavilə bağladığı barədə məlumatlar yayılıb.

Bənzər yazılar

Back to top button