Cəmiyyət

Şuşaya köç başlayır – Tarix açıqlandı

Gələn aydan Şuşaya keçmiş məcburi köçkünlərin köçü başlayacaq.

AzToday.az xəbər verir ki, bunu Şuşa rayonunda Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi Aydın Kərimov deyib.

O bildirib ki, bu ilin yanvar ayından başlayaraq Şuşa şəhərinin yollar şəbəkəsinin bərpasına başlanılıb. Onun sözlərinə görə, bu işlər iki mərhələdən ibarət olacaq:

“Birinci mərhələ 2024-2025-ci illəri əhatə edir. Bu mərhələdə 22 km uzunluğunda yollar bərpa olunacaq. 2026-cı ilin sonunda isə bu rəqəm 35 kilometr olacaq. Belə layihələr bizim işğaldan azad olunmuş digər bölgələrimizdə də həyata keçirilir. Bu regionlarda velosiped yolları da olacaq”.

Bənzər yazılar

Back to top button