İqtisadiyyat

Milli Məclis deputatlara 6 min manata notbuk-planşet alır

Milli Məclis tərəfindən keçirilən tender müsabiqəsinin qalibi məlum olub.

Yeniavaz.com açıqlanan rəsmi məlumatlara istinadən bildirir ki, tender müsabiqəsinin qalibi “B2B Group” MMC (VÖEN-1005873041) olub.

Milli Məclis plenar iclas zalı üçün 150 ədəd notbuk-planşet (“13 Noutbuk/Planşet”) və avadanlıqların satın alınmasına görə “B2B Group” MMC-yə 893 min manat 40 qəpik ödəyəcək.

Açqılanan rəqəmlərdən də göründüyü kimi, bir ədəd notbuk-planşet və avadanlıqlarının qiyməti 5 min 953 manat 34 qəpik təşkil edəcək.

Satın alınan notbuk-planşetlərin texniki göstəriciləri aşağıdakı kimi olacaq:

Prosessor – min. İntel core i7 10-core (12-ci nəsil), Operativ yaddaş – min. 16GB LPDDR5/256GB SSD, Ekran – 13″ PixelSense Flow 10 point Touchscreen, 2880×1920 Screen resolution (267 ppi) Integrated Intel Iris Xe Graphics, Thunderbolt 4, Wi-Fi 6E, Bluetooth 5.1, Əməliyyat sistemi – Windows 11 Home, Rəng – Platinium

Qeyd edək ki, bu göstəricilər “Microsoft 13″ Multi-Touch Surface Pro 9”a məxsusdur. Sözügedən məhsulun əlavə avadanlıqlar olmadan xarici onlayn satış mağazalarındakı qiyməti 1599 ABŞ dollardır (2 718 AZN). Cihaz yerli mağazalarda isə 3 150 AZN-ə təklif olunur.


Milli Məclisin satın aldığı notbuk-planşet avadanlıqlarına isə klaviatura, genişləndirici qurğu, ekran qoruyucusu, kabel kilidi və adapter başlığı daxildir.

Məlumat üçün bildirək ki, tenderin qalibi olan şirkətin nizamnamə kapitalı 10 manat təşkil edir. “B2B Group” MMC-nin hüquqi ünvanı Bakı şəhəri, Binəqədi rayonu, M.Rəsulzadə ŞTQ, Qəzənfər Musabəyov (Rəsulzadə qəsəbəsi), ev 91 ünvanında yerləşir. MMC-nin qanuni təmsilçisi Bəşirov Ramal Bəşir oğludur.

Bənzər yazılar

Back to top button