Dünya

ABŞ Ukraynaya ən böyük hərbi yardım paketi göndərəcək

Cümə günü Bayden administrasiyası Ukraynaya ən böyük hərbi yardım paketinin ayrıldığını elan edib, Turan-ın Vaşinqton müxbiri bildirib.

6 milyard dollarlıq yeni Paket Pentaqona Kiyev üçün mühüm olan Patriot və Nasam sistemləri üçün hava hücumundan müdafiə raketləri, həmçinin artilleriya mərmiləri, qırıcılar üçün raketlər, dronlarla mübarizə sistemləri və digərlərini sifariş etməyə imkan verəcək.

Bu həftənin əvvəlində ABŞ ehtiyatlarından Ukraynaya 1 milyard dollarlıq silah göndərildikdən dərhal sonra 6 milyard dollarlıq silah ayrılıb.

Hər iki paket çərşənbə günü prezident Baydenin imzaladığı və Ukraynaya ayrılmış 61 milyard dollarlıq vəsait çərçivəsində daxil olur.

Bənzər yazılar

Back to top button