İdman

“Real” Modriçə görə “İnter”dən FIFA-ya şikayət edəcək

“Real” “İnter”dən FIFA-ya şikayət edəcək.

Fanat.Az xəbər verir ki, buna səbəb İtaliya klubunun Luka Modriçlə gizli danışıq aparması olub. FIFA-nın qaydalarına əsasən bir klub başqa bir klubun futbolçusu ilə onun mövcud müqaviləsinin başa çatmasına 6 ay qalmış danışıqlar apara bilər. Digər hallarda isə bu həmin klubun icazəsi ilə baş tutmalıdı.

Xorvatiya millisinin üzvünün isə “Real”la 30 iyun 2020-ci ilədək müqaviləsi var.

Bənzər yazılar

Back to top button