İdman

“Barselona” bu iki oyunçu arasında seçim edəcək

Yay transfer dönəmində ilk növbədə müdafiəyə əl gəzdirməyi qarşısına hədəf qoyan “Barselona” seçim arasında qalıb.

Fanat.az xəbər verir ki, kataloniyalılar “Bayern Münhen”in müdafiəçisi Coşua Kimmix və “Real Sosyedad”lı Martin Subimendi arasında seçim etməli olacaq.

Bu barədə “Mundo Deportivo” məlumat yayıb. Xəbərə görə, baş məşqçi Xavi Ernandes onların hər ikisini bəyənir və müdafiəçilərin klubları ilə danışıqlara başlanılmasına razılıq verib.

25 yaşlı Subimendi bu mövsüm “Real Sosyedad”ın heyətində 45 oyun keçirib, 4 qol vurub və 1 məhsuldar ötürmə edib. 29 yaşlı Kimmix isə “Bayern”in heyətində 41 oyunda 2 qol vurub, 10 məhsuldar ötürmə edib.

Bənzər yazılar

Back to top button