GündəmSiyasət

Mirzoyan Ceyhun Bayramovla görüşündən danışdı

“Ermənistan və Azərbaycan xarici işlər nazirləri arasında Almatıda keçirilən son danışıqlar konstruktiv şəraitdə keçib”.

Yeniavaz.com “Sputnik Ermənistan”a istinadla xəbər verir ki, bu barədə Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan ATƏT-in hazırkı sədri, Maltanın xarici, Avropa işləri və ticarət naziri Yan Borqla İrəvanda keçirdiyi mətbuat konfransında deyib.

Mirzoyan, həmçinin Azərbaycanla danışıqlar prosesindəki vəziyyətdən, o cümlədən Almatıdakı son görüşün təfərrüatlarından danışıb.

Nazir tərəflərin Almatı bəyannaməsinin ərazi bütövlüyünün qarşılıqlı tanınması və sərhədlərin delimitasiyası üçün əsas olması ilə bağlı razılaşdıqlarını bildirib.

Mirzoyanın sözlərinə görə, İrəvan əmindir ki, sülh müqaviləsində bu prinsipin bəyan edilməsi və onun imzalanması uzun sürən münaqişəyə son qoyacaq və regionda sülh bərqərar olacaq.

“Başqa elementlər də var – kommunikasiyaların açılması. Biz kommunikasiyaların açılmasında maraqlıyıq. Birinci mərhələdə bu, Azərbaycanla dəmir yolu əlaqəsidir. Təbii ki, kommunikasiyalar keçdiyi ölkələrin suverenliyi altında olmalıdır və kommunikasiyaların açılması bərabərlik və qarşılıqlılıq prinsipinə uyğun aparılmalıdır”, – XİN rəhbəri bildirib.

Nazir hazırda əlavə şərhlər üçün heç bir əsas olmadığını qeyd edib.

Qeyd edək ki, mayın 10-11-də Almatıda Ermənistan və Azərbaycanın xarici işlər nazirləri Ararat Mirzoyan və Ceyhun Bayramov arasında birbaşa danışıqlar baş tutub. Görüşün təşəbbüskarı Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev olub.

Bənzər yazılar

Back to top button