İdman

Mbappe PSJ-nin məşqlərinə buraxılmadı

Ulduz hücumçu Kilian Mbappe Fransa çempionatında “Nitsa” ilə oyun öncəsi PSJ-nin məşqində iştirak etməyib.

Fanat.az xəbər verir ki, bu barədə paytaxt klubunun rəsmi saytı məlumat yayıb.

Xəbərdə 25 yaşlı hücumçunun bud nahiyəsindən aldığı zədə səbəbindən məşqdən kənarda qalıb. Klub Mbappeyə sağalması üçün vaxt verib, onu komandanın məşqlərindən azad edib.

Fransa mətbuatı isə bunu Mbappenin klub prezidenti Nasser Əl-Xəlaf ilə dava etməsi ilə əlaqələndirib. “Le Parisien”in iddiasına görə, münaqişəyə fransalı futbolçunun bir neçə gün öncə komandadan ayrılması ilə bağlı paylaşdığı videomüraciətdə klub rəhbərinin adını xüsusi qeyd etməməsi səbəb olub. Mübahisə Paris təmsilçinin Fransa Liqa 1-in XXXIII turunda “Tuluza”ya (1:3) məğlub olduqları matçdan əvvəl baş verib.

Kilian bu mövsüm bütün turnirlərdə 47 oyun keçirib, 44 qol vurub və 10 məhsuldar ötürmə edib. O, bu mövsümün sonunda “Real Madrid”ə keçəcək.

Bənzər yazılar

Back to top button