Dünya

Zelenski İspaniyaya səfərini ləğv etdi (SƏBƏB)

EFE kral sarayındakı mənbələrə istinadən yazır ki, Ukrayna prezidenti Vladimir Zelenski mayın 17-də İspaniyaya planlaşdırılan səfərini cəbhədəki ağır vəziyyətə görə ləğv edib.

Qaynarinfo xəbər verir ki, İspaniya tərəfi səfərin ləğv edilməsinin səbəblərini açıqlamayıb.

Lakin diplomatik mənbələrə görə, Zelenskinin səfəri işğalçı qüvvələrin Xarkov vilayətinin şimalında hücuma keçdiyi cəbhədəki çətin vəziyyətə görə ləğv edilib.

Zelenskinin İspaniyaya səfəri mayın 17-nə planlaşdırılıb. Bu səfər çərçivəsində o, təhlükəsizlik sazişi imzalamaq üçün baş nazir Pedro Sançeslə də görüşməli idi. Bundan əlavə, Ukrayna prezidentinin Portuqaliyaya səfəri nəzərdə tutulurdu.

Bir gün əvvəl İspaniya Kral Evi Zelenskinin mayın 17-də İspaniyaya səfər edəcəyini və Kral VI Felipe tərəfindən qəbul ediləcəyini təsdiqləyib.

El Pais qəzeti dövlət başçısının İspaniya hökumətinin başçısı Pedro Sançeslə görüşəcəyini və yeni ikitərəfli təhlükəsizlik sazişi imzalayacağını bildirmişdi.

Bənzər yazılar

Back to top button