HadisəGündəm

Qarabağ separatçılarının həbs müddəti 5 ay uzadılıb

Bakının Binəqədi Rayon Məhkəməsi Qarabağ separatçılarının ilkin həbs müddətinin uzadılması ilə bağlı istintaqın vəsatətini təmin edib. Arkadi Qukasyan, Bako Saakyan, Araik Arutyunyan, David Babayan, David İşxanyan, Lev Mnatsakanyan, David Manukyan və digərlərinin həbs müddəti 5 ay uzadılıb, Baş Prokurorluğun mətbuat xidmətinin məlumatında deyilir.

Məlumatda xatırladılır ki, istintaq Azərbaycan Cinayət Məcəlləsinin müxtəlif maddələrilə “separatçı rejimin 15 üzvünə” qarşı aparılır.

Xatırladaq ki, sözügedən şəxslər 2023-cü ilin sentyabrında Qarabağda antiterror əməliyyatından sonra həbs olunublar. Onlara qarşı müharibə cinayətlərinin törədilməsi, terrorizm, qanunsuz silahlı birləşmələrin yaradılması və maliyyələşdirilməsi, sərhədi qanunsuz keçmə və digər ittihamlar irəli sürülüb.

Bənzər yazılar

Back to top button