Siyasət

Avropa İttifaqı xarici agentlər haqqında qanunla əlaqədar Gürcüstanın üzvlük haqqında müraciətini bloklayacaq

“Xarici agentlər” haqqında qanun qəti şəkildə qəbul edildiyi təqdirdə Gürcüstanın Avropa İttifaqına daxil olmaq haqqında müraciəti dondurulacaq, bu barədə Financial Times Aİ məmurlarına istinadla bildirir.

“Biz çox aydın şəkildə bildirdik ki, bu, danışıqları dayandıracaq, – deyə nəşrin həmsöhbəti bildirib. – Gürcüstan hökuməti nəticənin necə olacağını bilir”.

Mənbələrin sözlərinə görə, qanun qüvvəyə minsə, Brüsselin Gürcüstanla Aİ-yə daxil olma haqqında danışıqlara başlamaq qərarı qeyri-müəyyən müddətə təxirə salınacaq.

Mayın 14-də Gürcüstan parlamenti hakim “Gürcü arzusu” partiyası tərəfindən təklif olunmuş “xarici agentlər” haqqında qanun layihəsini üçüncü, son oxunuşda qəbul edib. 84 deputat sənədin lehinə, 30 nəfər əleyhinə səs verib. İndi sənəd imzalanması üçün Gürcüstan prezidenti Salome Zurabişviliyə göndəriləcək. O, veto qoyacağını vəd etmişdi, bu zaman qanun layihəsini keçirmək üçün parlament əksəriyyətinin səsləri kifayət edəcək. Yekun səsvermənin yaxın həftələrdə keçiriləcəyi gözlənilir.(Turan)

Bənzər yazılar

Back to top button