İdman

“Yuventus” 25 illik futbolçusu ilə vidalaşdı

“Yuventus” Klaudio Markizio ilə yolları ayırıb.

Fanat.Az xəbər verir ki, italyan yarımmüdafiəçi klubla müqaviləni qarşılıqlı şəkildə razılaşaraq pozub. 32 yaşlı futbolçunun müqavilə müddəti 2020-ci ilə qədər idi. “Yuventus” Markizionun klubdan ayrılması ilə bağlı təşəkkür məktubu yayımlayıb.

Markizio 1993-cü ildən “Yuventus”un aşağı yaş qruplarında forma geyinməyə başlayıb. 2006-cı ildən isə “qoca sinyora”nın əsas komandasında çıxış edirdi. O, bu müddətdə yalnız 2007/08 mövsümündə “Empoli”də icarədə olub.

Bənzər yazılar

Bunu da oxu
Close
Back to top button