İdman

“Mənim ən böyük motivasiyam…” – Ronaldu açıqladı

Səudiyyə Ərəbistanı təmsilçisi “Əl-Nəsr”in 39 yaşlı hücumçusu Kriştianu Ronaldu ən böyük motivasiyasının nə olduğunu açıqlayıb.

Fanat.az xəbər verir ki, təcrübəli forvard “YouTube” üzərindən yayımlanan WHOOP kanalına danışıb:

“Mənim ən böyük motivasiyam oynamağa davam etməkdir. Oynamaq, qollar vurmaq və yaxşı formada olmaq istəyirəm”.

Ronaldu 2023-cü ilin yanvarından “Əl-Nəsr”in uğurları üçün çalışır. Cari mövsüm bütün turnirlərdə 41 matça çıxan superulduz 42 qol və 12 məhsuldar ötürmə ilə yadda qalıb. “Transfermarkt” portalı onun transfer qiymətini 15 milyon avro ilə dəyərləndirir.

31 tura 77 xal toplayan “Əl-Nəsr” Pro Liqanın turnir cədvəlində 2-ci pillədə mövqe tutub. Ronaldunun komandası lider “Əl-Hilal”dan 12 xal geri qalır.

Bənzər yazılar

Back to top button