Dünya

Tayvanda deputat qanun layihəsinin qarşısını almaq üçün sənədi götürüb qaçdı – Video

Tayvan Parlamentində maraqlı anlar yaşanıb.

Yeniavaz.com xəbər verir ki, hakim Demokratik Tərəqqi Partiyasının (DPP) üzvlərindən biri müxalifət blokunun təklif etdiyi islahatlarla bağlı yenin qanun layihəsinin qəbul olunmasının qarşısını almaq üçün sənədi götürüb və qaçaraq iclas zalını tərk edib.

Belə ki, müxalifətdəki Kuomintanq (KMT) və Tayvan Xalq partiyaları(TPP) parlamentin səlahiyyətlərinin genişləndirilməsi təklifi ilə çıxış ediblər. Lakin DPP üzvləri bu qanun layihəsinin əleyhinədirlər.

Qeyd edək ki, hökumətə DPP və yeni seçilmiş prezident Lai Çinq-te nəzarət etsələr də, parlamentdəki çoxluğu KMT və TPP-yə uduzublar.

https://www.facebook.com/watch/?v=1428697748035180&t=0

Bənzər yazılar

Back to top button