İdman

“Danışıq apardıq, amma…” – Tuxel son nöqtəni qoydu

“Bayern Münhen”in baş məşqçisi Tomas Tuxel rəhbərliklə apardığı danışıqların səmərəli olmadığını və cari mövsümün sonunda komandanı tərk edəcəyini bildirib.

Fanat.az xəbər verir ki, onun sözlərini “Bayern & Germany” belə çatdırıb:

“Bu, mənim “Bayern”in baş məşqçisi qismində son mətbuat konfransımdır. Hə, rəhbərliklə danışıq apardıq, amma razılığa gələ bilmədik. Ona görə də fevraldakı qərar qüvvədə qalır”.

Qeyd edək ki, daha öncə Almaniya mətbuatında Tuxelin klubun transfer siyasətinə nəzarət etmək istədiyi, lakin bu şərtin idarəçilər tərəfindən qəbul olunmadığı barədə məlumatlar yayılmışdı.

Bənzər yazılar

Back to top button