İdman

“Real”ın Mbappe üçün keçirəcəyi təqdimetmə mərasiminin vaxtı bilindi

Kilian Mbappe rəsmi olaraq “Real Madrid”in futbolçusu kimi təqdim olunmaq üzrədir.

Fanat.az xəbər verir ki, bu barədə yeni məlumatı İspaniyanın “Marca” nəşri yayıb.

Xəbərə görə, Madrid klubu ulduz futbolçunun transferini Çempionlar Liqasının finalından sonra təsdiqləmək niyyətindədir. Məlum olduğu kimi, “Borussiya Dortmund”la “Uembli”də keçiriləcək matç iyunun 1-də baş tutacaq.
Konkret, İspaniya nəhəngi gələn həftə Mbappenin rəsmi təqdimatını reallaşdırmaq istəyir. Bu, iyunun 3-9-u aralığına planlaşdırılıb. Belə ki, forvardın AÇ-2024-ə qədər “Santiaqo Bernabeu”ya gələcəyi gözlənilir.

Qeyd edək ki, iyunun 5-də və 9-da Fransa millisi yoldaşlıq oyunları keçirəcək. Almaniyadakı yarışa başlamazdan əvvəl Didye Deşamın komandası Lüksemburq və Kanada ilə qarşılaşacaq.

Bənzər yazılar

Back to top button