Dünya

5 ay ərzində III Dünya müharibəsi başlaya bilər: “Bu dəliyə görə…”

ABŞ-ın keçmiş prezidenti Donald Tramp bildirib ki, seçkilərə qalan 5 ay ərzində hazırkı Amerika rəhbərliyinin səriştəsizliyi ucbatından III Dünya müharibəsi başlaya bilər.

Qaynarinfo xəbər verir ki, prezidentliyə namizəd bu barədə Minnesotadakı tərəfdarlarının qarşısında çıxışı zamanı danışıb.

“Bu ölkəni idarə edən axmaqlarla çox insan sağ qalmayacaq, çünki müasir silahların gücü qorxuludur. Biz yaxın beş ayda III Dünya Müharibəsinə qərq ola bilərik”, deyə Tramp bildirib.

Keçmiş prezident prezident varisi və rəqibi Co Baydenə istinad edərək deyib: “Bu dəliyə görə qarşıda beş təhlükəli ay var”.

Tramp həmçinin noyabr seçkilərində qalib gələcəyi təqdirdə Ukraynadakı dəhşətli münaqişəni həll edəcəyinə söz verib. O bildirib ki, ABŞ-a rəhbərlik etməyə davam etsəydi, bu münaqişənin yaranmasına imkan verməzdi.

Tramp bundan əvvəl də dəfələrlə bəyan edib ki, yenidən seçiləcəyi təqdirdə Rusiya Federasiyası ilə Ukrayna arasında münaqişənin cəmi 24 saat ərzində həllinə nail olmaq niyyətindədir. Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov Trampın sözlərini şərh edərkən qeyd edib ki, bu, belə sadə həll üçün çox mürəkkəb problemdir.

Bənzər yazılar

Back to top button