İdman

Mbappenin qardaşı da “Real Madrid”ə keçəcək? – Aydınlıq gəldi

PSJ-nin 17 yaşlı yarımmüdafiəçisi Etan Mbappe bu yay “Real Madrid”ə keçməyəcək.

Fanat.az xəbər verir ki, bu barədə tanınmış insayder Fabritsio Romano məlumat yayıb.

Mənbənin məlumatına görə, futbolçu azarkeşlərlə söhbət zamanı bu suala mənfi cavab verib.

Bu mövsüm Etan Paris nəhənglərində 10 oyuna çıxıb və qol vura bilməyib.

Xatırladaq ki, onun böyük qardaşı Kilian tezliklə “Real Madrid”in futbolçusu olacaq. Tərəflər arasında 5 il müddətinə uzunmüddətli müqavilə razılaşdırılıb. 25 yaşlı ulduz hücumçunun PSJ ilə müqaviləsi iyunda başa çatdığı üçün o, “Kral klubu”na azad agent kimi keçəcək.

Bənzər yazılar

Back to top button