İqtisadiyyatManşet

Kredit kartlari: asilliq və idarəetmə aləti kimi

Cəmiyyətlərin idarəetməsində müxtəlif müxtəlif metodlar var. Bunların içərisində müasir metodların hər üçü haqqında yazmaq deyil. Yalnız biri haqqında fikirlərimi bölüşməkdir. Digər ikisinə toxunmadan iqtisadi metoda toxunmaq istərdim.

Dövlətin iqtisadi resurslarının öz əlində cəmləşdirməsi hesabına cəmiyyəti asıllılıqda saxlanılması mexanizmlərinə sahib olmaqdır. Müasir dövrdə onlardan biri də cəmiyyətin müəyyən təbəqələrinin, xüsusilə orta və aşağı səviyyədə olan siniflərin banklara bağlanması prosesidir. İnsanlar, biznes banklardan nə qədər asılı olsalar, bu onlara bir o qədər təsir imkanlarının artması deməkdir.

İnsanların sərbəst vəsaitləri nə qədər çox olarsa, bu onların həm də müstəqil qərarverməsinə, sərbəst davranışlarına və azad mülahizələrinə yol açır. Lakin iqtisadi mövcudluğu daha çox maliyyə insitutlarından (kommersiya bankları, BOKT) asılı olan bazar iştirakçıları mümkün qədər addımlarını ölçüb-biçmək məcburiyyətində qalırlar. Hər zaman başlarının üzərində iqtisadi baxımdan “demokl qılıncı”nın asıldığını zənn edir.

Məlumat üçün bildiirm ki, hazırda Azərbaycanın bank sektorunda əmək qabiliyyətli əhalinin (5,1 mln. nəfər) cəmi 24 min nəfər çalışdığı halda milyonlarla insan banklardan asılı vəziyyətə salınıb. Mərkəzi Bankın rəsmi məlumatlarına (2024-cü ilin I rübünün məlumatlarına görə) görə, dövriyyədə olan ödəniş kartlarının sayı 17,4 milyon ədədə çatmışdır. Azərbaycan Mərkəzi

Bankının məlumatına görə, bank kartlarının sayı ötən ilin müvafiq dövrü ilə müqayisədə 22.3% artıb. Ödəniş kartlarında artım debet kartları üzrə 22.8%, kredit kartları üzrə 18.9% təşkil edib.

Sadə hesablama ilə desək, hər 1 nəfərə təxminən 2 ədəd ödəniş kartı düşür. Doğrudur, bunun hamısı kredit kartları deyil, debet (əməkhaqqı, müxtəlif təyinatlı əməliyyatlar) kartları da var. Lakin elə insanlarımız da vardır ki, onların 2-3 kredit kartına “sahibdir”. Bir kredit kartının ödənişini bir kartından edir, ödəmə vaxtı çatanda başqa kartında hesabından başqa kartının borcunu bağlayır və beləliklə kredit kartları vasitəsilə kreditlərin ertələnməsi ilə bir sxem içərisində dövr edir. Borc bataqlığında çabalayır və üfiqdə isə heç nə görmür, ya özünə məxsus əmlaklarına həbs qoyulur, əlindən alınır, yaxud intihara əl atır. Bu kommersiya banklarının suçu deyil, ölkədəki idarəetmənin sosial-iqtisadi nəticələrinin görsənişlərindən biridir.

Belə insanların sərbəst pul xərcləmək imkanları olmadığı kimi, sərbəst qərarvermə və iradəsini ifadə etmək imkanları da olmur. Necə deyərlər, itirməyə heç nəyi olmayanları idarə etmək daha asan olur. İqtisadi asıllığı olanları üzüyola etmək və qərarlarına təsir etmək çox asandır. Maliyyə dayanıqlığı olanları isə suda batırmaq çətindir. Ən yumşaq halda isə asan deyil.

Mən bir iqtisadçı kimi fərqindəyəm ki, kredit kartlarının olması nağdsız ödənişləri stimullaşdırır, qeyri-leqal iqtisadiyyatın miqyasına kiçilməsinə tövhə verir və s. Lakin bu kartların əsas sahibləri daha sosial baxımdan həssas təbəqədirsə, o zaman bunun üçün doğrudan da narahat olmağa dəyər.

Məhz bu amilə görə ailələr dağılır, insanlar müxtəlif xəstəliklərə düçar olur. İnsanların sabahla bağlı yalnış gözləntiləri artır. Özünüildatma hesabına sabaha “ümidlə” yaşamağa həvəslənir. Əslində isə kredit kartları insanları sosial baxımdan müfləşməsinə səbəb olan bir maliyyə alətidir. Satınalmaq gücünüə adekvat olmayan məhsullara həvəs yaradan bir tordur. Bu baxımdan dünyanın zəngin insanlarından olan Uorrer Baffetin sözündə olduqca dərin bir hikmət var: kredit kartları kasıblar üçün deyil, varlılar üçündür!

Kredit kartları müasir dünya insanının həyatının tərkib hissəsinə çevrilib. Çoxunuzun həyatınızı bəzən asanlaşdıran, bəzən də sizi borc bataqlığına salan kredit kartlarının sayı adətən ölkə əhalisinin sayından çox olur.

2023-cü ildə Türkiyədə kredit kartlarının sayı 118 milyon, bank kartlarının sayı 190 milyon və ödəniş kart sayı isə 90 milyon ədəd olmuşdur. Ümumi bank kartı sayı 400 milyon ədədə çatmışdır.

ABŞ-da son illərdə kredit kartları əsasən qlobal pandemiya səbəbindən daha da artmağa başladı. Məhz pandemiyadan sonra 2021-ci ildə 330 milyon nəfərlik əhalisi olan ölkədə insanlar məhz pandemiyaya görə ehtiyaclarını qarşılamaq üçün daha çox kredit kartlarından istifadə etməyə məcbur oldular. Həmin il kredit kartlarından istifadə ilə bağlı tələb 28 faiz artaraq 511 milyon ədəd təşkil etmişdi.

Kredit kartları vasitəsilə bank aktivlərindən istifadə fürsəti insanlarda sonradan alışqanlıqla əvəz olunmağa başlayır. Onu sadəcə bir ehtiyat bir variant olaraq əldə edənlər sonradan ondan aktiv olaraq istifadə etməyə şirniklənir. Daha sonradan müştəri limiti artırmaq hesabına kartla ödənişlər etməyə həvəslənir. Kartdan istifadə onda bir alışqanlıq halı yaradır.

Ölkəmizdə müştərilər banka kredit üçün müraciət edəndə sanki təhrikedici formada bank əməkdaşı ona bir kart verir. Şərti də bu olur ki, əgər istifadə etmək istəməsiniz, 1 aydan sonra banka qaytara bilərsiniz. Necə deyərlər, bank əməkdaşı olur ovçu, sən də olursan bir ov. Səni çox asanlıqla özünün gələcək qurbanına çevirir. Siz məhdudiyyətsiz pul ödənişi selinə və ya konfort zonasına düşürsünüz, beləliklə kartınızın limitini hər dəfə artırmaq ehtiyacı duyursunuz və bu gedişlər bankın ən “sevimli” müştərisinə çevrilirsiniz. Borca borc qatmaq hesabına bank bataqlığına batırsan və uzun illər orada çabalayırsan.

Bir iqtisadçı olaraq vətəndaşlarımızdan bank aktivlərindən istifadədən çəkinməyi təbliğ etmirəm, digər tərəfdən isə əsassız xərcləmələrlə də vətəndaşlarımızın xəyalı gəlirlərə çox da ümidli olmadığını bildirməyi özümə borc bilirəm. Son statistikalar da göstərir ki, ailə insitutlarının dağılmasında ailə büdcəsinin düzgün planlaşdırılmaması və bank asıllıqlarının rolu artmaqdadır.

Məmməd Talıblı
Ekspert, şərhçi

Bənzər yazılar

Back to top button