Dünya

Sülh Forumu və olimpiada müharibəyə əngəl deyil

Volodimir Zelenski iyunun 16-da İsveçrədə keçiriləcək Sülh Forumuna xüsusi əhəmiyyət verir. Kiyev bu foruma mümkün qədər çox dövlətin iştirakını arzulayır. Ukraynalı diplomatlar bu məqsədlə müxtəlif dövlətlərin rəsmiləri ilə intensiv danışıqlar aparırlar.

Kiyev Rusiya ilə tərəfdaş olan ölkələrə də müraciət edib. Misal üçün Volodimir Zelenski “Franse Presse” agentliyinə müsahibəsində Çinin də forumda iştirakını arzuladığını bildirib. Zelenski Pekinin Kremlı təsir imkanları olduğunu xatırladıb.

Çin lideri Si Cinpin böyük ehtimalla Sülh Forumunda iştirak etməyəcək. Pekinin mövqeyi belədir ki, əgər bu forumda Rusiya iştirak etməyəcəksə, tədbirin əhəmiyyəti olmayacaq. Digər tərəfdən Pekin Rusiya prezidenti Vladimir Putinin Çinə iki günlük səfərindən məmnun qalıb. İki ölkə arasında iqtisadi və ticarət əlaqələri artıb, üfüqdə yeni ortaq layihələr var. Rusiya Çinə daha bir “Sibirin gücü-2” qaz xəttini çəkmək istəyir. Bu boru xətti Monqolustan ərazisindən keçəcək. Belə olan halda Pekin Kremlin maraqlarına zidd addım atmaqdan çəkinəcək.

Mövcud vəziyyət Vaşinqtonu ciddi narahat edir. Ağ Evin milli təhlükəsizlik kommunikasiyaları üzrə müşaviri Con Kirbi deyib ki, Vaşinqton Pekinlə Moskva arasındakı yaxınlaşmanı diqqətlə izləyir. ABŞ Dövlət Departamentinin mətbuat katibinin birinci müavini Vedant Patel brifinq zamanı daha kəskin ifadələr işlədib: “ABŞ Rusiyanın hərbi-sənaye kompleksinin güclənməsinə yardım edən Çinə qarşı əlavə sanksiyalar tətbiq etməyə hazırdır. Hesab edirik ki, Çin Rusiyanın müdafiə sənayesinin güclənidirilmində vacib rol oyanır”.

Əlbəttə, Kiyev kimi Vaşinqton və Brüssel də Çinin Sülh Forumunda iştirakını arzulayırlar. Ancaq onlara da aydındır ki, Rusiya ilə strateji tərəfdaşlığı gücləndirən Pekin Sülh Forumuna qatılmayacaq.

Bu arada, Volodimir Zelenskinin Fransanın “olimpiada günlərində atəşkəs elan olunsun” təklifini qəbul etməyib. Olimpiada yayda Parisdə keçiriləcək. Zelenski o fikirdədir ki, atəşkəs Rusiyanın işinə yaraya bilər, fasilədən istifadə edərək cəbhə xəttinə əlavə qüvvələr cəmləyəcək. Ona görə də olipiada günlərdə də döyüşlər davam edəcək.

“Atlas” Araşdırmalar Mərkəzi

Bənzər yazılar

Back to top button