Siyasət

Sabir Rüstəmxanlı seçkiyə gedəcək? (AÇIQLAMA)

Millət vəkili Sabir Rüstəmxanlı parlament seçkilərində yenidən namizədliyini ürəli sürəcək.

Bu barədə Qaynarinfo-ya açıqlamasında partiyanın İcra Aparatının rəhbəri Samir Əsədli məlumat verib.

Samir Əsədli bildirib ki, yeni seçkiləri şərtləndirən başlıca amil ərazi bütövlüyünü bərpa etmiş Azərbaycanda bütün ölkəni əhatə edən parlament seçkilərinin də keçirilməsinin zəruriliyidir:

“Konstitusiyaya görə seçki noyabr ayında keçirilməlidir. Payızda ölkədə COP29 kimi böyükmiqyaslı tədbirin və dekabrda isə növbəti bələdiyyə seçkilərinin keçiriləcəyini nəzərə alsaq erkən parlament seçkilərinin qaçılmaz olduğunu düşünə bilərik. Bu kontekstdə hər hansı rəsmi açıqlama verilməyib, amma situasiyaya uyğun olaraq partiyaların start vəziyyətində olması vacibdir”.

Samir Əsədli deyib ki, artıq Vətəndaş Həmrəyliyi Partiyası 120 seçki dairəsi üzrə səlahiyyətli nümayəndələri artıq müəyyənləşdirib:

“Həmçinin ilkin olaraq 50 seçki dairəsi üzrə namizəd olacaq şəxslərin siyahısı da hazırlanıb. Hazırda bölgə təşkilatları ilə digər dairələr üzrə namizədlərin müəyyən edilməsi üçün iş aparılır. Ən azı 80 seçki dairəsi üzrə partiyanın namizəd irəli sürməsi nəzərdə tutulur”.

Samir Əsədli bu seçkidə əsasən qadın namizədlərə, xüsusən gənclərin namizədlikləri üzərində işlərin getdiyini vurğulayıb:

“Eyni zamanda seçici imzalarının yığılması üçün dairələr üzrə işçi qruplar müəyyən edilir. Bir sıra texniki işlər yekunlaşdırılıb və erkən parlament seçkiləri elan ediləcəyi halda müvafiq hesabat Siyasi Şuraya təqdim ediləcək. Bütün hallarda qərarı VHP Siyasi Şurası verəcək”.

Bənzər yazılar

Back to top button