Dünya

BCM Netanyahunu həbs etmək istəyir: Bayden sərt açıqlama verdi

ABŞ prezidenti Co Bayden Beynəlxalq Cinayət Məhkəməsinin (BCM) İsrailin baş naziri Binyamin Netanyahunu həbs etmək istəməsinə sərt reaksiya verib.

Bizimyol.info xəbər verir ki, “Reuters”in verdiyi məlumata görə, ABŞ hakimiyyəti Qəzzada baş verənləri soyqırım kimi qiymətləndirmir, dövlət başçısı bu barədə Ağ Evdə Amerika Yəhudi İrsi Ayına həsr olunmuş tədbirdə deyib. Amerika lideri vurğulayıb ki, ABŞ hakimiyyətinin İsrailin təhlükəsizliyinə dəstəyi “dəyişməzdir”.

“…Biz Sinvarı (İslamçı Fələstin HƏMAS hərəkatının lideri Yəhya Sinvar) və HƏMAS-ın qalan qəssablarını məhv etməsi üçün sona qədər İsrailin yanındayıq. Biz birmənalı olaraq HƏMAS-ın məğlub olmasını istəyirik. Bunun reallaşması üçün İsraillə birgə mübarizə aparırıq”, – deyə Bayden bildirib.

Ötən il oktyabrın 7-də HƏMAS yaraqlıları İsrailin cənubuna hücum edərək, uşaq, qadın, yaşı olmalarına fəq qoymadan insanları güllələyib və girov götürüb. 1000-dən çox itki olduğu, yüzlərlə insanın əsir götürüldüyü bildirilir. Bundan sonra İsrail hakimiyyəti Qəzza zolağında quru əməliyyatı keçirmək qərarına gəlib.

Mayın 20-də məlum olub ki, BCM prokuroru Benyamin Netanyahu, İsrailin müdafiə naziri Yoav Qalant və HƏMAS liderlərinin həbsinə order verilməsini tələb edib. Xüsusilə İsrail rəsmiləri dinc sakinləri ac-susuz saxlamağı müharibə üsulu kimi istifadə etməkdə günahlandırılıblar.

ABŞ Konqresi Beynəlxalq Cinayət Məhkəməsi Netanyahunun həbsinə order verərsə, ona qarşı sanksiyalar tətbiq etməyi düşünür. Qeyd edək ki, ABŞ və İsrail BCM-nin üzvü deyil.

Bənzər yazılar

Back to top button