İdman

Mbappe vida ziyafəti verdi – Makron da qatıldı

PSJ-nin hücumçusu Kilian Mbappe klubdan ayrılması münasibətilə Parisin mərkəzindəki italyan restoranlarından birində 250 nəfərlik vida yeməyi təşkil edib.

Fanat.az xəbər verir ki, bu barədə “Le Parisien” nəşri məlumat yayıb.

Mənbənin məlumatına görə, dəvət olunanlar siyahısında Fransa prezidenti Emmanuel Makron, Mbappenin dostları və ailəsi, komanda yoldaşları, məşqçilər, klubun digər əməkdaşları olub.

Xatırladaq ki, Mbappe cari mövsümün sonunda azad agent kimi PSJ-dən ayrılacaq. Fransa Kubokunun “Lion”a qarşı finalı ulduz forvardın PSJ formasında son oyunu olacaq. Kilianın karyerasını davam etdirəcəyi növbəti klub böyük ehtimalla “Real Madrid” olacaq.

Bənzər yazılar

Back to top button