Siyasət

Azərbaycan- Gürcüstan siyasi məsləhətləşmələri

Mayın 20-də Bakıda Azərbaycan və Gürcüstan Xarici İşlər nazirlikləri arasında siyasi məsləhətləşmələrin növbəti raundu keçirilib.

Məsləhətləşmələrə Azərbaycan xarici işlər nazirinin müavini Samir Şərifov və Gürcüstan xarici işlər nazirinin birinci müavini Laşa Darsaliya rəhbərlik ediblər.

Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat xidməti bildirib ki, məsləhətləşmələr zamanı ölkələr arasında siyasi, iqtisadi-ticarət, enerji-nəqliyyat, mədəni-humanitar sahələrdə ikitərəfli əməkdaşlıq əlaqələrinin hazırkı vəziyyəti və inkişaf perspektivləri ətrafında müzakirələr aparılıb.

Tərəflər beynəlxalq və regional təşkilatlar, habelə Azərbaycan-Türkiyə-Gürcüstan üçtərəfli və digər çoxtərəfli əməkdaşlıq platformaları çərçivəsində hər iki ölkə üçün əhəmiyyət kəsb edən məsələlər üzrə əlaqələndirmə və qarşılıqlı dəstək təcrübəsinin davam etdirilməsinin vacibliyini qeyd ediblər.

Bununla yanaşı, regional təhlükəsizlik məsələləri, müqavilə-hüquq bazası və baxılmaqda olan sənəd layihələrinə dair fikir mübadiləsi aparılıb.

Görüş zamanı Gürcüstan tərəfi Ermənistan-Azərbaycan münasibətlərinin normallaşması, Azərbaycan tərəfindən regionda dayanıqlı sülhün bərqərar olunması istiqamətində atılan addımlar barədə məlumatlandırılıb.

Bənzər yazılar

Back to top button