İdman

“Mançester Yunayted”dəki dostlarım məni öldürər, amma…” – Devid Bekhem

“Mançester Yunayted”in əfsanəvi futbolçusu, hazırda ABŞ-nin “İnter Mayami” klubunun rəhbəri olan Devid Bekhem “Liverpul”un baş məşqçisi Yurgen Kloppun istefasına münasibət bildirib.

Fanat.az xəbər verir ki, ingilis funksioner “Smartless” podkastına belə deyib:

“Hətta “Mançester Yunayted” azarkeşi olaraq, mən də Yurgeni sevirəm. Onun xarakterini, şəxsiyyətini və idmana gətirdiklərini sevirəm.

“Mançester Yunayted”dəki bəzi dostlarım məni öldürər, amma onun getdiyini görəndə çox kədərlənirəm. Onun klub və idman üçün etdikləri inanılmaz idi.

Onu “İnter Mayami”yə dəvət etmək? Bizim çox pulumuz qalmayıb”.

Qeyd edək ki, alman mütəxəssis 2015-2014-cü illərdə mersisaydlıları çalışdırıb və yorulduğunu bildirərək karyerasına fasilə vermək üçün ayrılmağa qərar verib.

Bənzər yazılar

Back to top button