İqtisadiyyat

Milli Məclisdə pensiyalarla bağlı yeni qanun layihəsi müzakirə olunur

Milli Məclisin Əmək və sosial siyasət komitəsinin yaz sessiyasında növbəti iclası keçirilir.

Yeniavaz.com xəbər verir ki, iclasda “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” qanun layihəsi müzakirə olunur.

Birinci oxunuşda təqdim olunan qanun layihəsi qulluq stajına görə əmək pensiyalarına əlavələrin hesablanması ilə bağlı qanunvericiliyin təkmilləşdirilməsini özündə ehtiva edir.

Bənzər yazılar

Back to top button