Dünya

ABŞ və Almaniya Rusiya aktivlərinin istifadəsini müzakirə edəcək

ABŞ maliyyə nazirinin müavini Uolli Adeyemo mayın 30-31-də Berlinə səfər edəcək.

“Report”un məlumatına görə, bu barədə ABŞ Maliyyə Nazirliyinin bəyanatında deyilir.

Qeyd olunub ki, o, Almaniya hakimiyyəti ilə Kiyevə yardım, Rusiyaya qarşı sanksiyalar və dondurulmuş Rusiya aktivlərinin Ukraynanın maraqları üçün istifadəsini müzakirə edəcək.

Adeyemo Almaniyanın vitse-kansleri, İqtisadiyyat və İqlim Mühafizəsi naziri Robert Habek, ölkənin xarici siyasət departamentinin nümayəndələri, eləcə də aparıcı sahibkarlarla görüşəcək.

Görüş zamanı Uolli Adeyemo Almaniya hakimiyyəti ilə Rusiyanın hərbi-sənaye kompleksinə qarşı sanksiyaların daha da sərtləşdirilməsi, Ukraynaya mühüm iqtisadi və hərbi yardımın davam etdirilməsi, dondurulmuş Rusiya aktivlərindən Ukraynanın xeyrinə istifadə etmək üçün çoxtərəfli səyləri müzakirə edəcək.

Bənzər yazılar

Back to top button