İdman

Mbappe İtaliyanın bu klubunda oynamaq istəyir

PSJ-dən ayrılacaq Kilian Mbappe “Milan”da oynamaq istədiyini etiraf edib.

Qol.az xəbər verir ki, 26 yaşlı hücumçu öz açıqlamasında bunları deyib:

“Nə baş verə biləcəyini heç vaxt bilmirsən. Həmişə deyirdim: “Bir gün İtaliyaya getsəm, “Milan”ı seçəcəyəm. Uşaqlıqda mən “Milan”ın böyük fanatı idim və həmişə A seriyasını, “Milan”ın hər oyununu izləyirəm”.

Futbolçu bunu da qeyd edib ki, ailəsinin bütün üzvləri “Milan”ın böyük azarkeşləridir.

Mbappe 2017-ci ildən PSJ-də çıxış edir. Mayın 10-da o, 2023/24 mövsümünün sonunda azad agent kimi Fransa klubundan ayrılacağını açıqlamışdı. Xarici KİV-lərdə yayılan məlumatlara görə, “Real” 25 yaşlı fransızı heyətinə qatmaq niyyətindədir.

Bənzər yazılar

Back to top button