Dünya

Azərbaycanlı milyarder məhkəmədə Avropa İttifaqına qalib gəldi

Azərbaycanəsilli iş adamı, 2023-cü ilin sentyabrında Avropa İttifaqının sanksiya siyahısından çıxarılan “Northgas” qaz hasilat şirkətinin keçmiş həmtəsisçisi Fərhad Əhmədov Aİ Şurasına qarşı məhkəmədə qalib gəlib. Aİ Şurasına 2022-ci il aprelin 8-dən Əhmədova qarşı məhdudiyyətlərlə bağlı bütün qərarları ləğv etmək tapşırılıb. Şura həm də işlə bağlı bütün hüquqi xərcləri ödəməyə borcludur.

Qaynarinfo xəbər verir ki, bu barədə Lüksemburqda yerləşən məhkəmənin qərarında deyilir.

Fərhad Əhmədov 2022-ci il aprelin 8-də Aİ sanksiyalarına məruz qalıb. Sanksiya siyahısına daxil edilməsinə əsas kimi sahibkarın Kremlə yaxınlığı, həmçinin “Ukraynada sabitliyin pozulmasına” cavabdeh olan Rusiya hökumətinə gəlir mənbəyi olan Rusiya iqtisadiyyatının aparıcı sektorlarında işləməsi göstərilib.

Brüsseldəki OilPrice mənbələri 2023-cü ilin avqustunda bildiriblər ki, Əhmədov üzərindən sanksiyaların götürülməsi planlaşdırılır, belə ki, sanksiyaların tətbiqi qərarı köhnəlmiş məlumatlara əsaslanıb: o, 2012-ci ildə “Northgas”ın səhmlərini satıb və 2017-ci ildən Rusiya şirkətlərinin səhmlərinə sahib deyil. 2023-cü ilin sentyabrında Fərhad Əhmədov Avropa İttifaqının sanksiyalar siyahısından çıxarılıb.

Bənzər yazılar

Back to top button